Azərbaycana ​"quş qripi" əleyhinə dərman idxal edən şirkətin Bakı ofisi bağlanıb

Azərbaycana ​"quş qripi" əleyhinə dərman idxal edən şirkətin Bakı ofisi bağlanıb Bu, H5N1 virusuna qarşı istifadə olunan "Oseltamivir" tərkibli "Tamiflu" preparatıdır
ASK
23 Dekabr , 2015 13:59
Azərbaycana ​quş qripi əleyhinə dərman idxal edən şirkətin Bakı ofisi bağlanıb

Bakı. 23 dekabr. REPORT.AZ/ "Schering-Plough Central East AG" şirkəti Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib. Bu barədə "Report"a Vergilər Nazirliyindən məlumat verilib.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini "Grata Azerbaijan" MMC-nin Bakı şəhərinin Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi,13A ünvanında yerləşən ofisinə bildirə bilərlər.

Qeyd edək ki, "Schering-Plough Central East AG" şirkəti ABŞ-ın əsas dərman istehsalçılarından biri olan "Merck & Co Inc."in törəmə qurumudur.

Xatırladaq ki, Azərbaycanda "Merck & Co Inc."in ən çox satılan H5N1 virusu ("quş qripi") əleyhinə istehsal etdiyi "Oseltamivir" tərkibli "Tamiflu" preparatıdır ki, hazırda həmin dərman vasitəsinin apteklərdə satılmadığı deyilir.

Son xəbərlər

Orphus sistemi