Azərbaycana bu il 37 mln. ədəd yumurta gətirilib

Azərbaycana bu il 37 mln. ədəd yumurta gətirilib Bunun 55%-i ölkəyə damazlıq idxal olunub
ASK
17 Oktyabr , 2016 11:26
Azərbaycana bu il 37 mln. ədəd yumurta gətirilib

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 20 273 000 ədəd damazlıq yumurta, 16 598 054 ərzaq yumurtası idxal edilib. Ərzaq yumurtası Türkiyədən, damazlıq yumurta isə İran və Türkiyədən alınıb. Bunu "Report"a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib.

Onun sözlərinə görə, həmin dövrdə ölkəyə 3 315 ton iribuynuzlu heyvan əti və 233,9 ton xırdabuynuzlu heyvan əti gətirilib: "Mal əti əsasən Ukraynadan idxal edilib. Bundan başqa, ölkəyə 17 796,4 ton quş əti və 2 211,5 ton donuz əti gətirilib. Quş ətinin ixracatçıları sırasında lider Türkiyə, donuz əti üzrə isə İspaniya olub. Azərbaycana gətirilən kolbasa və sosika məmulatlarının miqdarı 1 613,5 ton, quş ətindən hazırlanan kolbasa və sosika məmulatları 222,1 ton, quş əti konservası isə 168,62 ton təşkil edib".

Əsasən Qazaxıstan və Rusiyadan ölkəyə 6 068, 81 ton dondurulmuş balıq, 1 175 ton balıq konservası, 1,25 ton balqı kürüsü, 130,5 ton dəniz məhsulları gətirilib.

Qeyd edək ki, ölkəyə mayonezin əsas idxalçıları Rusiya və Türkiyə hesab edilir. Qeyd edilən dövrdə bu ölkələrdən ümumilikdə 2 533 ton mayonez gətirilib.

Son xəbərlər

Orphus sistemi