Azərbaycan və Ukrayna kənd təsərrüfatı sahəsində əməkdaşlığın fəallaşdırılmasını müzakirə edib

Azərbaycan və Ukrayna kənd təsərrüfatı sahəsində əməkdaşlığın fəallaşdırılmasını müzakirə edib Apreldə Bakıda Xəzər - Qara dəniz Aqrar Konqresi keçiriləcək
ASK
21 Yanvar , 2016 15:26
Azərbaycan və Ukrayna kənd təsərrüfatı sahəsində əməkdaşlığın fəallaşdırılmasını müzakirə edib

Bakı. 21 yanvar. REPORT.AZ/ Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovla görüşüb.

"Report" Ukrayna səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri, eləcə də Aqrar Sənaye Kompleksi (ASK) məhsullarının qarşılıqlı təchizatı üçün birgə logistika mərkəzinin yaradılması məsələsi geniş müzakirə olunub.

Tərəflər həmçinin iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyini nəzərə alaraq, Ukraynanın Aqrar Siyasəti və Ərzaq Nazirliyi və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi arasında işgüzar məsləhətləşmələrin aparılması məsələsini müzakirə edib.

Bundan əlavə, kənd təsərrüfatı naziri H.Əsədova Ukrayna Taxıl Assosiasiyası tərəfindən təşkil edilən Xəzər - Qara dəniz Aqrar Konqresinin aprelin 12-13-də Bakıda keçiriləcəyi barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi