​Azərbaycan və FAO arasında iki saziş imzalanıb

​Azərbaycan və FAO arasında iki saziş imzalanıb Sənədlər FAO-nun baş direktorunun Azərbaycana səfəri çərçivəsində imzalanıb
ASK
25 May , 2015 16:15
​Azərbaycan və FAO arasında iki saziş imzalanıb

Bakı. 25 may. REPORT. AZ/ Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Bakıda səfərdə olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Jose Qratsiano da Silva ilə görüşüb.

"Report" xəbər verir ki, görüş zamanı "Azərbaycan hökuməti və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin təsis edilməsi və Texniki yardımın təmin edilməsi üzrə Saziş" və "FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı" sazişi imzalanıb.

Qeyd edək ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin gücləndirilməsi sahəsindəki prioritetlərə əsaslanaraq FAO ilə tərəfdaşlıq zamanı əsas diqqətin heyvan sağlamlığı və bitki mühafizəsi, o cümlədən transsərhəd heyvan və bitki xəstliklərinə nəzarət, bacarıqların artırılması, kənd təsərrüfatı sahəsində təhsil, tədqiqat və məsləhət xidməti, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı üzrə siyasət və institusional çərçivənin gücləndirilməsi, bitkiçilik və heyvandarlıq məhsullarının istehsalının artırılmasına yönəldilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi