Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycan baytarlıq xidməti noyabrın 9-dan 20-nə qədər Ukraynaya səfər edəcək. Səfərin məqsədi bir neçə süd müəssisəsini yoxlamaqdır.
"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Ukraynanın Dövlət Baytarlıq və Fitosanitar xidmətinin rəhbər müavini Aleksandr Verjixovski deyib.
O bildirib: "Bu gün Azərbaycanın səlahiyyətli qurumu bizə məktub göndərərək süd subyektlərimizi yoxlamaq üçün gəlməyə hazır olduqlarını vurğulayıb".
Verjixovskinin sözlərinə görə, Azərbaycanın baytarlıq xidmətinin planlarına 20 şirkətdə yoxlama aparmaq daxildir. O, həmçinin əlavə edib ki, məhsullarını Azərbaycana göndərməyə 9 Ukrayna şirkətinin icazəsi var. Üstəlik, 178 şirkət Azərbaycana məhsul göndərməkdə maraqlı olduğunu bildirib.