​Azərbaycan Türkiyə və İrandan quş ətinin idxalını məhdudlaşdırıb

​Azərbaycan Türkiyə və İrandan quş ətinin idxalını məhdudlaşdırıb Quş əti və yumurtanın gətirilməsinin qadağan olunduğu vilayətlərdə quş qripi yayılıb
ASK
14 Avqust , 2015 15:40
​Azərbaycan Türkiyə və İrandan quş ətinin idxalını məhdudlaşdırıb

Bakı. 14 avqust. REPORT.AZ/ Azərbaycan Türkiyə və İrandan quş əti və yumurtanın idxalını məhdudlaşdırıb.

Bu barədə məlumatı "Report"a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli verib: "Türkiyənin 13, İranın isə 1 vilayəti istisna olmaqla, qalan bütün vilayətlərdən məhsul gətirilir".

Y.Xanvəli bildirib ki, quş əti və yumurtanın gətirilməsinin qadağan olduğu vilayətlərdə quş qripi yayılıb: "Digər vilayətlərdən isə məhsullar həmin bölgələrin yerli baytarlıq xidmətlərinin zəmanəti əsasında buraxılır".

Xidmət rəsmisi əlavə edib ki, 2015-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana 5 202 ton toyuq əti, 29,53 mln. damazlıq yumurta gətirilib.

Ümumiyyətlə, Azərbaycana quş əti Braziliya, Türkiyə və İrandan idxal olunur. 

Son xəbərlər

Orphus sistemi