​Azərbaycan Rusiyadan 1400 tondan artıq süd məhsulları idxal edib

​Azərbaycan Rusiyadan 1400 tondan artıq süd məhsulları idxal edib Hesabata əsasən, 2014-cü ildə Azərbaycan ən çox məhsul idxal edən ölkə olub
ASK
3 Fevral , 2015 07:54
​Azərbaycan Rusiyadan 1400 tondan artıq süd məhsulları idxal edib

Bakı. 3 fevral. REPORT.AZ/ 2014-cü ildə Rusiyanın Krasnodar vilayətindən Azərbaycana ümumi çəkisi 1471 ton olan 54 partiya süd məhsulları ixrac olunub.

"Report" xəbər verir ki, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidmətinin region üzrə idarəsinin ilin yekunlarına dair hesabatında bildirilir.

Hesabata əsasən, ötən il ərzində sözügedən diyardan ən çox məhsul ixracı Azərbaycana olub.

"Ötən il Krasnodar ərazisindən Azərbaycana 1471 ton, Gürcüstana 229 ton, Özbəkistana 212 ton, Abxaziyaya 4300 ton, Qırğızıstana 47 ton, Türkmənistana 167 ton, Ermənistana 143 ton, Əfqanıstana 19 ton, Almaniyaya 5 ton, Estoniyaya 74 ton, Böyük Britaniyaya isə 17 ton süd məhsulları ixrac olunub", - deyə məlumatda qeyd olunub.

Məhsulların əksəriyyəti yerli sahibkarlar tərəfindən istehsal olunub.

Qeyd edək ki, vilayət ərazisində 14 süd kombinatı fəaliyyət göstərir. Fermaların sayı isə minə yaxındır.

Son xəbərlər

Orphus sistemi