Azərbaycan Rusiya kombaynlarına üstünlük verir

Azərbaycan Rusiya kombaynlarına üstünlük verir Dağlıq ərazidə Avropa kənd təsərrüfatı texnikasının istifadəsi cətinləşir
ASK
1 İyun , 2015 15:15
Azərbaycan Rusiya kombaynlarına üstünlük verir

Bakı. 1 iyun. REPORT.AZ/ Rusiyada rublun devalvasiyası iqtisadi cəhətdən Azərbaycanın kənd təsərrüfatı sahəsinə müsbət təsir göstərib. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

"Biz son illər ərzində ancaq Avropa istehsalı olan və öndə gedən "Klass", "New Holland" və "Sampo" kimi müasir texnika almışıq. Bu il Rusiya istehsalı olan kombaynlara müraciət etməyimizin bir neçə səbəbi olub. Birincisi, Rusiyadakı devalvasiya ilə əlaqədar bu texnikanın qiymətləri nominal olaraq əvvəlkinə nisbətən 40-50% düşüb. Ucqar dağ kəndlərində, dağətəyi zonalarda isə "New Holland" və "Sampo" kimi kombaynlardan istifadə çətinləşir və iqdisadi cəhətdən, qiymət baxımından o qədər də səmərəli deyil. Ona görə də ilk dəfə 55 ədəd Rusiya istehsalı olan kombayn alıb gətirmişik və tələbat yüksək olduğuna görə hamısı satılıb", - nazir bildirib.

H.Əsədov qeyd edib ki, lazım olacağı təqdirdə yenidən Rusiya istehsalı olan "Niva" markalı kombaynların da Azərbaycana gətirilməsi mümkündir.

Son xəbərlər

Orphus sistemi