Azərbaycan nümayəndə heyəti FAO konfransının 39-cu sessiyasında iştirak edir

Azərbaycan nümayəndə heyəti FAO konfransının 39-cu sessiyasında iştirak edir Sessiya iyunun 13-dək davam edəcək
ASK
7 İyun , 2015 02:24
Azərbaycan nümayəndə heyəti FAO konfransının 39-cu sessiyasında iştirak edir

Bakı. 7 İyun. REPORT.AZ/ Romada işə başlayan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Konfransının (FAO) 39-cu sessiyasında Azərbaycanı kənd təsərrüfatı naziri Heydər Əsədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, sessiyada 14 ölkənin dövlət və hökumət başçıları, 130 nazir, beynəlxalq təşkilatların, İtaliyada akkreditə olmuş diplomatik korpusların nümayəndələri, QHT təmsilçiləri və özəl sektordan iş adamları iştirak edirlər.

Tədbiri açan İtaliyanın Prezidenti Sergio Mattarella dünya ölkələrinin aclıqla mübarizə istiqamətində birgə əməkdaşlığında FAO-nun rolundan bəhs edib. Bildirib ki, aclıq və yoxsulluq dünyada gərginlik və müharibələrə səbəb olan qlobal problemlərdir. İnsanların ərzaq və su kimi mühüm qidalara olan ehtiyacın ödənilməsi bu gün bütün bəşəriyyəti düşündürür. Bu problemlərin qlobal miqyasda həlli xalqlar və dövlətlər arasında dialoq və əməkdaşlıq, həmrəylik tələb edir. Bugünkü tədbir də məhz sadalanan amillər baxımından əhəmiyyətlidir.

Çilinin Prezidenti xanım Mikele Baçelet, Braziliyanın sabiq prezidenti Luiz İnacio Lula Da Silva və başqaları ərzaq və qida təhlükəsizliyi məsələsi ilə bağlı məruzə ilə çıxış ediblər. Bildirilib ki, dünyada ərzaq və qida təhlükəsizliyinin təmin olunması, insanların sağlam qida əldə etmək imkanlarının genişləndirilməsi və bu hədəflərə ətraf mühit, sosial və iqtisadi baxımdan davamlı vasitələrlə nail olmaq vacibdir.

Tədbir çərçivəsində H.Əsədov İtaliyanın “Adnkronos” xəbər agentliyinə müsahibə verib.

Sessiya iyunun 13-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi