Azərbaycan kənd təsərrüfatı nazirinin sakinlərlə görüş tarixi dəyişdirilib

Azərbaycan kənd təsərrüfatı nazirinin sakinlərlə görüş tarixi dəyişdirilib Heydər Əsədovun rayon sakinlərinin qəbul günü oktyabrın 28-dən 21-nə keçirilib
ASK
13 Oktyabr , 2016 17:13
Azərbaycan kənd təsərrüfatı nazirinin sakinlərlə görüş tarixi dəyişdirilib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədovun oktyabrın 28-də Zərdab rayonunda Kürdəmir, Ucar, Göyçay, Ağsu və Zərdab rayonlarının sakinləri ilə nəzərdə tutulan görüşünün tarixi dəyişdirilib.

Nazirlikdən "Report"a verilən məlumata əsasən, H.Əsədovun rayon sakinlərinin qəbul günü oktyabrın 21-nə təyin olunub.

Görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012) 493 51 64; (050) 352 06 27) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Son xəbərlər

Orphus sistemi