Azərbaycan hökuməti kənd qadınları ilə bağlı layihəni təsdiq edib

Azərbaycan hökuməti kənd qadınları ilə bağlı layihəni təsdiq edib Türkiyə və FAO fermer qadınlara kömək edəcək
ASK
29 İyul , 2015 16:48
Azərbaycan hökuməti kənd qadınları ilə bağlı layihəni təsdiq edib

Bakı. 29 iyul. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında Kənd ərazilərində yaşayan qadınların kəndin davamlı inkişafının sosial-iqtisadi və gender aspektləri üzrə imkanlarının artırılmasına dəstək Layihəsi"ni təsdiq edib.

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a bildirilib ki, FAO-Türkiyə Əməkdaşlıq Proqramı çərçivəsində maliyyələşən və Azərbaycanda və Türkiyədə həyata keçiriləcək bu layihənin əsas məqsədi təbii sərvətlərin düzgün və vahid şəkildə idarə edilməsinin təmin olunması və kənd ərazilərində yaşayan qadınların ehtiyaclarına xidmət etməklə seçilmiş pilot ərazilərdə yaşayan kənd qadınlarının imkanlarının artırılmasından ibarətdir.

Layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələrinin kənd qadınları üçün təlim və məsləhət xidmətlərinin göstərilməsi ilə əlaqədar imkanların artırılması, hər iki ölkənin pilot əyalətlərində yaşayan kənd qadınları üçün ehtiyaclara uyğun təlimlərin keçirilməsi vasitəsilə onların potensialının yüksəldilməsi, Türkiyə və Azərbaycanın Kənd Təsərrüfatı nazirlikləri arasında əlaqələrin gücləndirilməsi, ən yaxşı təcrübənin mübadiləsinin aparılması, o cümlədən aparıcı qadın fermerlərin bu ölkələrə qarşılıqlı tanışlıq səfəri, layihə və onun nəticələri barədə ictimaiyyətin məlumatlandırılması kimi fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi