​Azərbaycan hökuməti buğda istehsalının stimullaşdırılması ilə bağlı qərarını ləğv edib

​Azərbaycan hökuməti buğda istehsalının stimullaşdırılması ilə bağlı qərarını ləğv edib Sənəd buğda və çəltik istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi qaydaları və şərtlərini müəyyən edirdi
ASK
27 Avqust , 2015 11:52
​Azərbaycan hökuməti buğda istehsalının stimullaşdırılması ilə bağlı qərarını ləğv edib

Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Buğda və çəltik istehsalçılarının maddi marağının artırılması, buğda və çəltik istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” qərarını ləğv edib.

"Report"un xəbərinə görə, bu barədə qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Bu qaydalar buğda və çəltik istehsalçılarının maddi marağının artırılması, buğda və çəltik istehsalının stimullaşdırılması məqsədi ilə hazırlanıb və buğda və çəltik istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi qaydalarını və şərtlərini müəyyən edirdi.

Son xəbərlər

Orphus sistemi