Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanda iri heyvandarlıq təsərrüfatlarının yaradılması, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması üçün xarici ölkələrdən iribuynuzlu cins damazlıq heyvanlarının ölkəyə gətirilməsi və güzəştli şərtlərlə sahibkarlara, fermerlərə lizinqə verilməsi və kənd təsərrüfatı texnikasının lizinq yolu ilə satışı 2016-cı ildə də davam etdiriləcək.
“Report” xəbər verir ki, bu barədə
Növbəti ilin dövlət büdcəsindən “Aqrolizinq” ASC-yə 32,0 mln. manat, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə kreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 5,0 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub.