Azərbaycan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi işdən çıxarılıb

Azərbaycan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi işdən çıxarılıb Sialə Rüstəmova Sumqayıt şəhər Baytarlıq İdarəsinə rəis təyin olunub
ASK
8 Sentyabr , 2015 15:33
Azərbaycan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi işdən çıxarılıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova kənd təsərrüfatı naziri Heydər Əsədovun əmri ilə vəzifəsindən azad edilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, S.Rüstəmova Sumqayıt şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq Xidmətin rəis müavini Azər Süleymanova həvalə edilib.

Nazirin digər əmri ilə Sumqayıt şəhər Baytarlıq İdarəsinin rəisi Söhrab Əliyev isə işdən çıxarılıb.

Son xəbərlər

Orphus sistemi