​Azərbaycan bu il tütün məmulatlarının idxalını 2 dəfə azaldıb

​Azərbaycan bu il tütün məmulatlarının idxalını 2 dəfə azaldıb Bu ilin 7 ayında ölkəyə 89,2 mln. dollarlıq tütün və tütün məmulatları gətirilib
ASK
17 Avqust , 2016 12:32
​Azərbaycan bu il tütün məmulatlarının idxalını 2 dəfə azaldıb

Bakı. 17 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana 89 217,18 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2015-ci ilin ilk yeddi ayına nisbətən 50,01% (2 dəfə) azdır. Nəticədə, 2016-cı ilin qeyd edilən ayları ərzində ölkəyə idxal olunan tütün və tütün məmulatları ümumi idxalın 1,88%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 5 914,17 min dollar məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da əvvəlki il ilə müqayisədə 48,91% çoxdur. Tütün və tütün əvəzedicilərinin ixracı ölkənin ümumi ixracının 0,13%-nə bərabər olub. 

Son xəbərlər

Orphus sistemi