​Azərbaycan Berlində keçirilən "Beynəlxalq Yaşıl Həftə" sərgisində iştirak edir

​Azərbaycan Berlində keçirilən "Beynəlxalq Yaşıl Həftə" sərgisində iştirak edir Sərginin Azərbaycan pavilyonunda 200-dən çox çeşiddə müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş olunur
ASK
16 Yanvar , 2015 17:13
​Azərbaycan Berlində keçirilən Beynəlxalq Yaşıl Həftə sərgisində iştirak edir

Bakı.16 yanvar. REPORT.AZ/ Bu gün Berlində (Almaniya) qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi "Beynəlxalq Yaşıl Həftə - 2015" (International Green Week – 2015) sərgisi işə başlayıb.

"Report"un İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan bu sərgidə 8-ci dəfə iştirak edir.

Sərginin Azərbaycan pavilyonunda ölkədə istehsal olunan 200-dən çox çeşiddə müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş olunur.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) nümayəndələri ilə yanaşı, 20 Azərbaycan şirkəti iştirak edir.

Sərginin Azərbaycana aid pavilyonunda Naxçıvan Muxtar Respublikası üçün ayrılmış stenddə muxtar respublikada fəaliyyət göstərən şirkətlərin məhsulları nümayiş etdirilir.

Yanvarın 25-dək davam edəcək sərgi çərçivəsində iştirakçılara Azərbaycanın investisiya və biznes imkanları, həmçinin kənd təsərrüfatı sahəsində istehsal olunan rəqabətqabiliyyətli məhsullarla bağlı məlumat veriləcək. Sərgi iştirakçılarına Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar, broşürlər və disklər də paylanacağı bildirilir.

Qeyd edək ki, Avropanın ən iri sərgilərindən biri hesab olunan "Beynəlxalq Yaşıl Həftə" 1926-cı ildən keçirilir. Hər il 70-ə yaxın ölkədən 1 500-dən çox müəssisənin və 5000-ə qədər media nümayəndəsinin iştirak etdiyi sərgi yarım milyona yaxın insan tərəfindən ziyarət olunur.

Son xəbərlər

Orphus sistemi