Bakı. 13 aprel. REPORT.AZ/ "Aqrolizinq" ASC 22 ədəd törədici heyvanın satın alınmasına dair açıq tender elan edib. Cəmiyyətdən "Report"a verilən məlumata görə, lot-1 üzrə 22 ədəd, o cümlədən, "Holştin-Friz" 6 baş, "Simmenetal" 7 baş, "Şvis" 3 baş, "Şarole" 2 baş, "Aberdin-anqus" 2 baş, "Mürrah" cinsli kəl 2 baş törədicinin alınması məqsədi ilə keçirilir.
Təkliflərin qiymətləndirilməsi zamanı aşağı qiymət, müqavilənin yerinə yetirilmə müddəti və şərtlər toplusunda digər qiymətləndirmə üçün tələb olunan tələblərə uyğunluq meyarlarına üstünlük veriləcək.
Tenderlə əlaqədar Bakı şəhəri, Bakıxanov qəsəbəsi Bünyadov küçəsi,12 ünvanına müraciət etmək lazımdır.
Lot-1 üzrə 100 manat məbləğində iştirak haqqı ödənilməlidir. İddiaçılar tenderdə iştirak etmək üçün mayın 13-nə kimi zəruri sənədləri təqdim etməlidir.