"Aqrolizinq" tender keçirir

"Aqrolizinq" tender keçirir Müsabiqə iki lot üzrə keçirilir
ASK
23 Avqust , 2016 10:08
Aqrolizinq tender keçirir

Bakı. 23 avqust. REPORT.AZ/ "Aqrolizinq" ASC açıq tender keçirir. "Report"un "Respublika" qəzetinə istinadən verdiyi məlumata görə, tender iki lot üzrə keçirilir. Lot 1-də 61,4 ha sahədə kartof və tərəvəz toxumlarının yetişdirilməsi, onların emalı üçün texnoloji avadanlıqların satın alınması, lot 2-də isə 30,0 ha açıq sahədə damcılı suvarma sistemi avadanlıqlarının satın alınması nəzərdə tutulur.

Qeyd edək ki, lot-1 üzrə iştirak haqqı 1 000 manat, lot-2 üzrə isə 300 manat təşkil edir. 

İddiaçılar tenderdə iştirak etmək üçün sentyabrın 30-dək bütün zəruri sənədləri, tender təklifi və bank təminatını isə oktyabrın 7-dək Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi,12 ünvanına təqdim edilməlidir.  

Son xəbərlər

Orphus sistemi