"Aqrolizinq" ötən il fermerlərə 59 mln. manatlıq kənd təsərrüfatı texnikası verib

"Aqrolizinq" ötən il fermerlərə 59 mln. manatlıq kənd təsərrüfatı texnikası verib Ötən il istehsalçılara 1 061 ədəd traktor, 759 ədəd kotan, 439 ədəd səpici aqreqat verilib
ASK
8 Fevral , 2016 17:10
Aqrolizinq ötən il fermerlərə 59 mln. manatlıq kənd təsərrüfatı texnikası verib

Bakı. 8 fevral. REPORT.AZ/ “Aqrolizinq” ASC-nin xətti ilə 2015-ci il ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına ümumilikdə 59,2 mln. manat dəyərində 1 061 ədəd müxtəlif növ traktor, 759 ədəd kotan, 439 ədəd səpici aqreqat verilib. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən daxil olan məlumatda deyilir.

"Aqrar sahədə keyfiyyətli məhsulun yetişdirilməsi və onun itkisiz yığılmasını təmin etmək üçün əsas vəzifələrdən biri istehsalçının zəruri kənd təsərrüfatı texnikası ilə təchizatının yaxşılaşdırılmasıdır", - deyə məlumatda bildirilir. 

Bundan əlavə, ötən il 173 ədəd traktor yedəkləri (qoşqular), 162 ədəd otbiçən, 116 ədəd taxılyığan kombayn, 22 ədəd ot dırmıqları, 19 ədəd bağarası frez və 646 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları verilib.

Son xəbərlər

Orphus sistemi