​"Aqrolizinq"in rayon filiallarında qanun pozuntuları aşkarlanıb

​"Aqrolizinq"in rayon filiallarında qanun pozuntuları aşkarlanıb Müvafiq materiallar prokurorluğa göndəriləcək
ASK
29 İyun , 2015 09:44
​Aqrolizinqin rayon filiallarında qanun pozuntuları aşkarlanıb

Bakı. 29 iyun. REPORT.AZ/ “Aqrolizinq” ASC-nin Masallı və Salyan rayon aqroservis filialları, həmçinin Abşeron rayon Güzdək qoyunçuluq üzrə Damazlıq Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin maliyyə-təsərrüfat fəaliyyətinin auditi aparılıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, bu, kənd təsərrüfatı nazirinin müvafiq əmri əsasında həyata keçirilib.

Audit yoxlaması zamanı bir sıra nöqsan və çatışmazlıqlara, habelə qanun pozuntularına yol verildiyi aşkar olunub. Auditin nəticələri ilə bağlı materialların Baş Prokurorluğa göndərilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi