“Aqrolizinq” ASC-nin 8 filial rəhbəri işdən azad edilib

“Aqrolizinq” ASC-nin 8 filial rəhbəri işdən azad edilib Nazir daha 6 rayonun aqroservis rəhbəri barəsində isə daha ciddi ölçü götürüləcəyini bildirib
ASK
6 Mart , 2015 20:21
“Aqrolizinq” ASC-nin 8 filial rəhbəri işdən azad edilib

Bakı. 6 mart. REPORT.AZ/ Bu gün Kənd Təsərrüfatı Nazirliyində “Aqrolizinq” ASC-nin 2014-cü ildəki fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş respublika müşavirəsi keçirilib.

"Report"un verdiyi xəbərə görə, müşavirədə fəaliyyətində ciddi nöqsanlara yol vermiş 8 aqroservis filialının rəhbəri işdən azad olunub, 6 rayonun aqroservis rəhbərinə isə fəaliyyəti araşdırıldıqdan sonra daha ciddi ölçü götürüləcəyi nəzərlərinə çatdırılıb.

Kənd təsərrüfatı naziri Heydər Əsədov “Aqrolizinq” ASC-nin rayon filiallarındakı nöqsanlardan danışaraq, filallara rəhbərlik edən bəzi şəxslərin peşəkarlıq səviyyəsinin aşağı olması, lizinqə verilən texnikaların istifadəyə görə ödənişlərin vaxtında həyata keçirilmədiyi, mineral gübrələrin sənədləşməsində ciddi nöqsanlara yol verildiyi və gübrələrin dəyərinin vaxtlı-vaxtında ödənilmədiyinin nəzərə çatdırıb. Nazir Heydər Əsədov qeyd olunan nöqsan və çatışmazlıqların qısa müddətfdə aradan qaldırılması və “Aqrolizinq” ASC-nin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi barədə müvafiq tapşırıq və tövsiyələrini verib.

Nazir Heydər Əsədov qısa müddət ərzində “Aqrolizinq” ASC-də elektron kənd təsərrüfatı sisteminin qurulması, aqroservis filiallarında mühasibat və uçot sisteminin yenidən qurulması, texnikadan səmərəli istifadə olunması, gübrəyə təlabatın düzgün müəyyənləşdirilməsi, ödənişlərin vaxtında aprılması barədə ciddi tapşırıq və tövsiyələr verib.

“Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədova xəbərdarlıq olunub, müavin Aydın Əzizova töhmət verilib, Aqrotexniki xidmət və təchizatın təşkili şöbəsinin müdiri Sənan Zeynalov isə işdən azad olunub.

Yekunda “Aqrolizinq” ASC-nin rayon aqroservis filiallarının fəaliyyət mexanizminin təkmilləşdirilməsi, səmərələliyinin artırılması və strukturunun təkmilləşdirilməsi məqsədilə 12 regional nümayəndəliyin yaradılması məqsədəuyğun hesab edilib.

Son xəbərlər

Orphus sistemi