​Aleksey Nemeryuk: "Azərbaycan Rusiyanı pomidor və xiyar ilə təmin edə bilib"

​Aleksey Nemeryuk: "Azərbaycan Rusiyanı pomidor və xiyar ilə təmin edə bilib" "Azərbaycan, İran və Mərakeş məhsulları Rusiya bazarında türk mallarını əvəz edəcək"
ASK
2 Mart , 2016 02:37
​Aleksey Nemeryuk: Azərbaycan Rusiyanı pomidor və xiyar ilə təmin edə bilib

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan, İran və Mərakeş məhsulları Rusiya bazarında türk mallarını əvəz edəcək.

"Report" xəbər verir ki, bu barədə Moskvanın Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuk "Qazete.ru"ya müsahibəsində bildirib.

"Mərakeş istehsalçıları üzərilərinə düşə biləcək həcmə hazır deyildilər, ona görə Yeni il qabağı naringinin qiyməti demək olar ki, iki dəfə qaldırıldı. Vəziyyətdən istifadə olundu", — deyə o əlavə edib.

Departament rəhbərinin sözlərinə görə, Azərbaycan bir sıra türk əyalətlərinin iqlim şəraitinə yaxın olması səbəbindən pomidor və xiyar tədarükünü təmin edə bildi, İrandan tədarükün isə daha intensiv rejimdə dəniz yolu ilə Mahaçqalaya edilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi