Ötən il 317 məcburi köçkün sahibkara 7,7 milyon manat güzəştli kredit verilib

Ötən il 317 məcburi köçkün sahibkara 7,7 milyon manat güzəştli kredit verilib İndiyədək 1517 məcburi köçkün sahibkara 33,6 milyon manat güzəştli kredit verilib
ASK
23 Yanvar , 2015 19:53
Ötən il 317 məcburi köçkün sahibkara 7,7 milyon manat güzəştli kredit verilib

Bakı. 23 yanvar. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən yanvarın 23-də Biləsuvar rayonunda Cəbrayıldan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 4 saylı qəsəbədə dövlətin güzəştli kreditlərinin alınması məsələlərinə dair bu ilin ilk işgüzar forumu keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “Report”a verilən məlumata əsasən, 80-ə yaxın məcburi köçkün sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində regionda məcburi köçkünlərin məşğul ola biləcəyi güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan sahələr - cins heyvandarlıq, çörək və şirniyyat məhsullarının istehsalı, tikiş və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, bu investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi, məcburi köçkünlərin istək və arzularına uyğun olaraq, bu istehsal və emal müəssisələrinin avadanlıqlarının alınaraq gətirilməsi və quraşdırılmasına dəstək göstəriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr, metodiki materiallar paylanıb.

Bildirilib ki, indiyədək 1517 məcburi köçkün sahibkara 33,6 milyon manat, o cümlədən Cəbrayıldan olan 254 məcburi köçkünə 1,7 milyon manat güzəştli kredit verilib, bu kreditlərin reallaşdırılması nəticəsində 3000-dən çox yeni iş yerinin yaradılması mümkün olub. 2014-cü il ərzində 317 məcburi köçkün sahibkara 7,7 milyon manat güzəştli kredit (bugünkü forumda verilən kreditlər də daxil olmaqla) verilib ki, bu kreditlər hesabına 550-yə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

İşgüzar forum çərçivəsində Cəbrayıldan olan 13 məcburi köçkün sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 115 min manat güzəştli kredit verilib. Biləsuvarda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 4 saylı qəsəbədə keçirilmiş işgüzar forumda sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılıb.

Qeyd edək ki, 4 saylı qəsəbədə dövlətin güzəştli krediti ayrılan süd emalı müəssisəsinin tikintisinə başlanıb.

Son xəbərlər

Orphus sistemi