​"Vətən xaini" 47 senatorun müraciətinin mətləbi - ŞƏRH

​"Vətən xaini" 47 senatorun müraciətinin mətləbi - ŞƏRH Kampaniyaya başlanmasından iki gün keçməsinə baxmayaraq artıq 190 min imza toplanılıb
Analitika
12 Mart , 2015 15:37
​Vətən xaini 47 senatorun müraciətinin mətləbi - ŞƏRH

Bakı. 12 mart. REPORT.AZ/ ABŞ-ın 47 respublikaçı senatorunun "vətən xaini" ittihamı ilə məhkum edilməsi üçün Ağ Evin rəsmi saytında imzatoplama kampaniyasına başlanılıb.

"Report" xəbər verir ki, 30 gün ərzində sənədə imza atanların sayı yüz minə çatacağı halda, Ağ Ev senatorlarla bağlı məsələyə münasibət bildirməlidir. Kampaniyanın başlanmasından iki gün keçməsinə baxmayaraq 190 mindən artıq imza toplanıb.

Saytdakı petisiyada bildirilib: "2015-ci il martın 9-da ABŞ-ın 47 senatoru səlahiyyəti olmayan vətəndaşın xarici hökumətlərlə müzakirə aparmasını qadağan edən 1799-ci il tarixli Loqan qanununu pozaraq vətənə xəyanət ediblər. Bu qanunun pozulması ağır cinayətdir. Federal qanunlara əsasən, onu törədənlər 3 il müddətinə azadlıqdan məhrum edilirlər".

47 senator İran hakimiyyətinin liderlərinə məktubla müraciət edərək bildirib ki, İranın nüvə proqramı ilə bağlı qanun Konqresdə təsdiqlənmədiyi halda, Barak Obamanın prezidentliyi dövründə iki dövlətin rəsmiləri arasında əldə edilən razılaşmada irəliləyişə nail olunmayacaq. Onlar iddia edib ki, 2017-ci ilin yanvarında Barak Obamanın prezidentliyi başa çatdıqdan sonra "hakimiyyətə gələcək prezident bir imza ilə məsələni həll edə bilər". Bundan başqa, senatorlar Konqresin daha etibarlı olduğunu, eləcə də senatorların ömürlük olduqlarını da vurğulayıblar.

Senatorlar iddia edib ki, prezidentin imzaladığı qərarı Konqres ləğv edə bilər.

Xatırladaq ki, onların müraciətini öz həmkarları da tənqid edib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə ABŞ-a güvənmədiklərini söyləyib.

ABŞ prezidenti Barak Obama Demokratlar Partiyasındandır. Ancaq Konrqesdə Respublikaçılar Partiyası üstünlük təşkil edir. Bu baxımdan senatorların müraciətindən aşağıdakı qənaətə gəlmək olar:

1) onlar növbəti seçkidə Respublikaçılar Partiyasının prezidentliyə namizədinin qalib gələcəyinə ümid etdiklərindən İran hakimiyyətinin məsələni respublikaçı prezidentlə həll etməsini istəyirlər;

2) Senatorlar ABŞ-İran danışıqlarında Konqresin rolunu qabartmağa cəhd göstərirlər;

3) Respublikaçılar Partiyasının İranın ənənəvi dostu olduğunu xatırladırlar;

4) Demokratların İrana yönəlik siyasətinin uğursuzluğuna diqqəti yönəltməyə çalışırlar.

Son xəbərlər

Orphus sistemi