Tarixçi: "Aİ-nin dağılması halında ermənilər Almaniyadan kompensasiya tələb edə bilərlər"

Tarixçi: "Aİ-nin dağılması halında ermənilər Almaniyadan kompensasiya tələb edə bilərlər" Oleq Kuznetsov: "Etnik təmizləmənin bütün "özəlliklər"ini Avropada ilk olaraq türklər və bolqarlar hiss ediblər"
Analitika
3 İyun , 2016 15:18
Tarixçi: Aİ-nin dağılması halında ermənilər Almaniyadan kompensasiya tələb edə bilərlər

Bakı. 3 iyun. REPORT.AZ/ Bəzi analitiklərin proqnozlaşdırdığı kimi, Avropa İttifaqı (Aİ) dağılarsa, ermənilər Almaniyadan şikayət edib "erməni soyqırımı" məsələsinə görə kompensasiya tələb edə bilərlər. Bu barədə "Report"a açıqlamasında Almaniya Bundestaqının "erməni soyqırımı"nı tanımasını şərh edərkən tarixçi və siyasi analitik, tarix elmləri namizədi Oleq Kuznetsov bildirib.

"XX əsrdə Avropada bütün müharibələr "etnik təmizləmə" ilə müşayiət olunurdu. Etnik təmizləmənin bütün "özəlliklər"ini Avropada ilk olaraq türklər və bolqarlar 1912-1913-cü illərdə baş vermiş 1-ci və 2-ci Balkan müharibəsi zamanı üzərlərində hiss ediblər. Bu səbəbdən soyqırımın "ixtiraçılar"ı türklər və ya almanlar yox, serblər, yunanlar və rumınlardır", - deyə O.Kuznetsov vurğulayıb.

O, 1915-ci ildə Osmanlı türklərinin Antantanın Dardanel boğazındakı desant əməliyyatı ərəfəsində arxasını bərkitmək üçün etibarsız sayılacaq elementlərdən qurtulmağa çalışdığını, bu məqsədlə təkcə erməniləri yox, yunanları da təcrid etdiklərini xatırladıb. Tarix elmləri namizədinin sözlərinə görə, osmanlı türkləri təcrid etdikləri ilə elə onların, xüsusən də bundan 2 il əvvəl yunanların osmanlılara qarşı münasibəti üslubunda rəftar edib.

O.Kuznetsov həmçinin həmin müharibə illərində Türkiyə və Almaniyanın müttəfiq olduqlarını xatırladıb və qeyd edib ki, Almaniya da ermənilərə qarşı atılan addımlara görə məsuliyyət daşımalıdır. Rusiyalı ekspertin fikrincə, ermənilər Almaniyaya qarşı da iddia irəli sürsələr, "erməni soyqırımı" mövzusunu birdəfəlik unutmalı olacaqlar. Belə ki, almanlar məsuliyyəti tam üzərlərinə götürməyəcək və kompensasiya ödəməkdən imtina edəcək, bununla da məsələ uzandıqca uzanacaq.

"Hərçənd bəzi analitiklərin proqnozlaşdırdığı kimi, Aİ həqiqətən dağılarsa, yaxın gələcəkdə bu məsələ yenidən gündəmə gələ bilər. O zaman xaos şəraitində bir əsrə yaxın müddətdə türklərlə bacarmayan ermənilərin yeni qurbanı peydə olacaq", - deyə analitik bildirib.

Almaniya Bundestaqının "erməni soyqırımı"nı tanınması və İrəvanda Qaregin Njdeyə abidə ucaldılması arasında paralellər və əlaqələrdən danışan tarixçi bütün bunların təxəyyül məhsulu olduğunu deyib: "Realist olmaq və bürüncdən olan abidənin iki həftəyə hazırlanmasının qeyri-mümkün olduğunu anlamaq lazımdır. Rusiyada dövlət qulluğunda çalışarkən oxşar miqyaslı abidənin tikilməsinə məsul şəxs idim. Həmin iş 3 il vaxt apardı. Buna görə də işlərin necə getdiyindən az-çox xəbərim var. Odur ki, bu hadisələrin paralel həyata keçirilməsinin qəsdən olmadığını düşünürəm".

Son xəbərlər

Orphus sistemi