Səudiyyə Ərəbistanı ilə Rusiya arasında "tarixi" anlaşmanın neft bazarı üçün önəmi azalır

Səudiyyə Ərəbistanı ilə Rusiya arasında "tarixi" anlaşmanın neft bazarı üçün önəmi azalır Hasilatı məhdudlaşdırmağa ehtiyac yoxdur
Analitika
6 Sentyabr , 2016 19:25
Səudiyyə Ərəbistanı ilə Rusiya arasında tarixi anlaşmanın neft bazarı üçün önəmi azalır

Bakı. 6 sentyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı ilə Rusiya arasında dünən neft bazarında tarazlığı təmin etmək məqsədilə anlaşma imzalanıb. 

"Report" xəbər verir ki, anlaşmanın imzalanması ərəfəsində və sonrasında neft qiymətləri kəskin hərəkət edib. Belə ki, dünən 5%-ə yaxın yüksələn neft qiymətləri daha sonra təxminən əvvəlki mövqeyinə qayıdıb və günü cüzi yüksəlişlə tamamlayıb.

Rusiya energetika naziri Aleksandr Novak bu anlaşmanı "tarixi" adlandırıb və nəticədə neft bazarının treyderləri hasilatın dondurulacağını ehtimal edərək neft fyuçerslərində alıma başlayıblar. Lakin, daha sonra bazar iştirakşıları anlaşmada konkret tədbirlərin olmadığını müşahidə edərək bu dəfə satışa başlayıblar. Nəticədə bazar, Rusiya və S.Ərəbistanının müştərək işçi qrupu yaradılaraq neft bazarının fundamental göstəricilərini izləmək və bazarın sabitliyini təmin etmək istəyini ifadə etmələri ilə kifayətləniblər.

Bazar iştirakçılarını məyus edən növbəti açıqlama isə S.Ərəbistanının energetika naziri Xalid əl-Falehdən gəlib. O bildirib ki, hazırda hasilatı azaltmaq və ya dondurmaq üçün heç bir əsas yoxdur: "Bu qərar hazırda ən doğru addım olardı, amma hazırda buna mütləq ehtiyac yoxdur və bazarda şərait getdikcə yaxşılaşır."

"Report"un analitik qrupu hesab edir ki, sentyabr ayı neft qiymətlərinin hərəkəti baxımından çox dalğalı keçəcək. Neft hasilatçısı ölkələrdən gələcək müxtəlif açıqlamalar neft kotirovkalarının sərt dəyişikliyinə səbəb olacaq. Qısa müddətdə neft kotirovkalarının 45-55 dollar/barel diapazonunda dalğalanması proqnozu dəyişməz olaraq qalır.

Son xəbərlər

Orphus sistemi