Rubl dollara qarşı möhkəmlənməyə davam edir

Rubl dollara qarşı möhkəmlənməyə davam edir RUB/USD uzun müddətli perspektivdə yüksələcək
Analitika
15 İyul , 2016 12:32
Rubl dollara qarşı möhkəmlənməyə davam edir

Bakı. 14 iyul. REPORT.AZ/ Rusiyada dolların məzənnəsi dünən, iyulun 14-də 63 rubldan aşağı enib. "Report" analitik qrupu hesab edir ki, rublun möhkəmlənməsinə əsasən neft qiymətlərinin yüksək səviyyədə olması və Rusiyaya investisiyaların artması təsir edir. 

Qeyd edək ki bu, rublun 2015-ci ilin noyabr ayının 5-dən etibarən ən minimal səviyyəsidir. Amma, bununla bərabər rublun dayanıqlı möhkəmlənməsini təmin edəcək fundamental faktorlar müşahidə olunmur. Belə ki, Rusiyada ilin ilk yarısında büdcə kəsirinin 3,3% hədəfdən artıq, yəni 4% təşkil etməsi, neft qiymətlərinin hər an təklifin tələbi üstələməsi səbəbindən azalmağa başlaya bilməsi rublun yaxın gələcəkdə zəifləməyə başlayacağına işarə edir.

Xatırladaq ki, RUB/USD məzənnəsi neft qiymətlərinin kəskin düşməsi fonunda 2014-cü ilin ikinci yarısında 33 səviyyəsindən başladığı yüksəlişi bu ilin yanvar ayının 21-də 86 səviyyəsində tamamlayıb. Bununla da rubl dollarla müqayisədə 18 ay ərzində 2,6 dəfə zəifləyib. Daha sonra isə neft qiymətlərinin artmağa başlaması ilə rubl 27% möhkəmlənərək hazırda RUB/USD məzənnəsinin 62,8 səviyyəsinə qədər geriləməsinə səbəb olub.

"Report" analitik qrupu hesab edir ki, texniki təhlillər RUB/USD məzənnəsinin 60,7 səviyyəsinə qədər geriləyə biləcəyini göstərir. Uzun müddətli dövr ərzində isə rublun dollarla müqayisədə zəifləməyə davam edəcəyi proqnozlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi