"Report": Azərbaycan Mərkəzi Bankı məzənnə marjasını azalda bilər

"Report": Azərbaycan Mərkəzi Bankı məzənnə marjasını azalda bilər Bu, nağd valyuta bazarında məzənnənin kəskin dalğalanmasının qarşısını alacaq
Analitika
11 Aprel , 2016 15:14
Report: Azərbaycan Mərkəzi Bankı məzənnə marjasını azalda bilər

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) nağd valyuta əməliyyatları üzrə kommersiya bankları üçün müəyyənləşdirdiyi +/-4%-li marja yenidən dəyişdirilə bilər. 

"Report"un analitik qrupu hesab edir ki, hazırkı vəziyyət valyuta bazarında kəskin dalğalanmalara səbəb olur. Buna misal olaraq aprelin ilk günlərində AMB-nin qərarları nəticəsində nağd valyuta bazarında nağd dolların alış məzənnəsinin gün ərzində 1,45-1,57 AZN/USD diapazonunda (8%) dəyişməsini göstərmək olar. 

Qeyd edək ki, ötən həftənin ilk günü, aprelin 4-də AMB yanvar ayından etibarən müntəzəm keçirdiyi hərraclarda ilk dəfə olaraq manat intervensiyası və ya dollar alışına başladığını bəyan edib. Manat intervensiyasına səbəb isə milli valyutanın sürətlə möhkəmlənməsi olub. Nəticədə AMB-nin bu qərarı qısa bir zamanda nağd valyuta bazarına təsir göstərib və dolların məzənnəsi kəskin artmağa başlayıb. Aprelin 7-də isə AMB yenidən dollar intervensiyası, yəni satışı üçün hərrac keçirib. Bu dəfə də nağd valyuta bazarında dolların məzənnəsi bir neçə saat ərzində 1,57 manat səviyyəsindən 4 bənd və ya 2,5% azalaraq 1,53 AZN/USD səviyyəsinə enib.

"Report"un analitik qrupu hesab edir ki, AMB valyuta məzənnələrinin kəskin dalğalanmasına son qoymaq məqsədilə əvvəlki marja göstəricisinə (+/-2%) qayıda bilər: "Bu, nağd valyuta bazarında kəskin hərəkətlərin qarşısını ala bilər".

Son xəbərlər

Orphus sistemi