Min illərin yadigarı: kəlağayı - SƏRVƏTİMİZ

Min illərin yadigarı: kəlağayı - SƏRVƏTİMİZ Bütün tarixi faktlar kəlağayının azərbaycanlılara məxsus olmasını sübut edir
Analitika
1 Dekabr , 2014 16:12
Min illərin yadigarı: kəlağayı - SƏRVƏTİMİZ
  1. Bakı. 1 dekabr. REPORT.AZ/ Hər bir xalqın maddi və mənəvi dəyərləri, qədim mədəniyyət nümunələri, geyim formaları həmin xalqın xarakterindən və etnoqrafik xüsusiyyətindən xəbər verməklə yanaşı, onun nə qədər qədim tarixi keçmişə sahib olmasına əyani sübutdur. Xalqın tarixi keçmişinə aid olan geyimləri isə onun mədəniyyətini öyrənmək üçün əsas mənbələrdən sayılır.
  2. Azərbaycanın qədim tarixi ərazilərində aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl III minilliyə aid tunc iynə və bizlərin aşkarlanması onun qədim sakinlərinin özlərinə paltar tikməyi bacardıqlarını sübut edir. Qazıntılar zamanı ipək parçalardan hazırlanan geyim qalıqları arasında kəlağayıların da olması onun Azərbaycan xalqına məxsus geyim forması kimi hələ qədim dövrlərdə mövcud olduğunu deməyə əsas verir. Bu aspektdən çıxış edəndə ipək məhsullardan hazırlanan, qadın baş örtüyü olan kəlağayı qədim Azərbaycanın geyim etnologiyasının bir hissəsidir.

  3. Orta əsrlərdə Azərbaycan ərazilərində kəlağayı istehsal edən kiçik müəssisələr mövcud olub
  4. Tarixçi-araşdırmaçı Mais Cəfərov hesab edir ki, kəlağayılar əvvəllər fərdi şəkildə hazırlansa da, sonralar kəlağayı istehsal edən xüsusi müəssisələr fəaliyyət göstərib: "Mən bu sahədə müəyyən qədər araşdırma aparmışam. Hər dəfə aşkarladığım fakt yeni bir faktın ortaya çıxmasına zəmin yaradıb. Məsələn, araşdırmalarda bildirilir ki, kəlağayılar Azərbaycan ərazilərində erkən orta əsrlərdə müəssisələrdə, sexlərdə istehsal olunamağa başlanılıb. Bu da o deməkdir ki, əvvələr fərdi qaydada və zaman keçdikcə tələbatın artması ilə kəlağayılar sexlərdə hazırlanıb. Bir qədər dərindən araşdırma aparanda məlum olur ki, eyni zamanda hələ qədim dövrlərdə Azərbaycanın tarixi ərazilərində əhalinin maldarlıqla məşğul olan təbəqəsi qoyun yunundan kəlağayılar hazırlayıblar. Bütün bunlar kəlağayının Azərbaycan xalqının qeyri maddi-mədəni irsi olduğunu deməyə əsas verir". Mais Cəfərov bildirib ki, hələ erkən orta əsrlərdə Azərbaycan ərazilərində kəlağayı istehsal edən kiçik müəssisələr mövcud olub: "Kəlağayının orta əsrlərdə üzərinə buta formasında naxışlar vurulub. Bu da istehsalçının möhürü rolunu oynayıb. Bu möhürlər istehsalçı tərəfindən sağ qolunu yumruq halında təbii boyaya saldıqdan sonra kəlağayının üstünə vurulurdu və həmin yumruq izindən kəlağayının hansı ustaya məxsus olduğu bilinirdi. Əgər əlimizi yumruq kimi sıxıb yan tərəfdən baxsaq, buta formasını aldığını aydın şəkildə görə bilərik. Kəlağayıların üzərinə yumruqla vurulan buta forması zaman keçdikcə formalaşaraq təkmiləşdirilib və ənənə halını alıb. Tarixdən bizə məlumdur ki, erkən orta əsrlərin rəsm əsərlərinin üzərində buta forması olan kəlağayılar qadınların baş örtüyü kimi Azərbaycan xalqına məxsus geyimlər arasında xüsusilə seçilir".
  5. Bəzi hallarda kəlağayını baş örtüyü kimi Azərbaycanın qədim ərazilərinin ərəb xilafətinə birləşdirilməsindən sonra yarandığını bildirirlər. Lakin qeyd etmək yerinə düşər ki, bunu adətən ərəblərin İslamı qəbul etdikdən sonra müsəlman qadınların başının örtülməsinin vacibliyi və çarşabdan istifadəsi ilə əlaqələndirirlər. Amma dərindən araşdıranda məlum olur ki, çarşabın da nə ərəblərə, nə də İslama adiyyəti yoxdur. Qadınların müasir kəlağayılara bənzər baş örtüyündən istifadəsi eramızdan əvvəl V-VI əsrlərdə İran şahı I Daranın zamanında saray qadınları arasında geniş yayılıb. Bu səbəbdən Azərbaycanın mənəvi mədəniyyət nümunələrinin İslamın Azərbaycanda sosial aspektləri ilə əlaqələndirmək qətiyyən yolverilməzdir.



  6. Parlamentin Komitə sədri: "Bu, Azərbaycan xalqı üçün böyük uğurdur"

  7. Bütün bu tarixi faktlar kəlağayının azərbaycanlılara məxsus olmasını sübut edir. Amma bu o demək deyil ki, kəlağayı bizimdir deməklə kifayətlənməliyik. Əgər hər hansı qeyri maddi-mədəni irsimizi qoruyub saxlamaq istəyiriksə, bunu beynəlxalq səviyyədə etməliyik. Dünya ictimaiyyəti qarşısına tutarlı dəlillər və faktlarla çıxmalıyıq. 
  8. Milli Məclisin Mədəniyyət məsələləri komitəsinin sədri, millət vəkili Nizami Cəfərov deyib ki, Azərbaycan dövləti qeyri-maddi mədəni irsin qo
  9. runması istiqamətində beynəlxalq arenada məqsədyönlü siyasət aparır: "UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin noyabrın 26-da keçirilən iclasında Azərbaycanın kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu, Azərbaycan xalqı üçün böyük uğurdur. Təbii ki, burada Heydər Əliyev Fondunun xidmətləri də danılmazdır. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyi, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə həyata keçirdikləri çoxşaxəli fəaliyyət nəticəsində komitə kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiqlədi".
  10. Bu gün Azərbaycan xalqı öz qeyri maddi-mənəvi dəyərlərinə, mədəniyyət nümunələrinə sahib çıxmalıdır. Əks təqdirdə tarixən Azərbaycana qarşı ərazi iddiasında olan mənfur qonşularımız ermənilər dünya ictimaiyyəti qarşısında qeyri maddi-mədəni sənət nümunələrimizə və milli-mənəvi dəyərlərimizə də iddia edəcəklər.Bütün tarixi faktlar kəlağayının azərbaycanlılara məxsus olmasını sübut edir 

Son xəbərlər

Orphus sistemi