Federal Ehtiyat Sisteminin iyunda faizləri artırması ehtimalları yüksəlib

Federal Ehtiyat Sisteminin iyunda faizləri artırması ehtimalları yüksəlib Bu, neft qiymətləri və fond indekslərinin azalmasına səbəb ola bilər
Analitika
13 May , 2016 17:28
Federal Ehtiyat Sisteminin iyunda faizləri artırması ehtimalları yüksəlib

Bakı. 13 may. REPORT.AZ/ ABŞ-da açıqlanan güclü iqtisadi statistik göstəricilər Federal Ehtiyat Sisteminin (FES) artıq iyun ayında faizləri artırması ilə bağlı ehtimalları gücləndirib. 

"Report" xəbər verir ki, bir qədər əvvəl aprel ayı üzrə açıqlanan pərakəndə satışın baza indeksi proqnozlaşdırılan 0,5% əvəzinə, 0,8% artıb. Keçən ay isə bu göstərici 0,4% təşkil edib. Həmçinin, apreldə pərakəndə satışın həcmi proqnozlaşdırılan 0,8% əvəzinə, 1,3% təşkil edib. Qeyd edək ki, hər iki göstərici ABŞ iqtisadiyyatının əsas indikatorlarından hesab edilir və iqtisadi artım tempinin istiqamətini müəyyən edir.

"Report"un analitik qrupu hesab edir ki, pərakəndə satışın genişlənməsi öz növbəsində yeni iş yerlərinin artması, inflyasiyanın yüksəlməsi və əmək haqlarının artmasına səbəb olacaq. Bu da FES-in iyunda uçot dərəcəsini 0,25 bənd artıraraq 0,50-0,75% diapazonuna gətirib çıxaracaq. FES-in uçot dərəcəsini artırma ehtimalının güclənməsinin dolların yaxın vaxtlarda möhkəmlənməsi, neft qiymətləri və fond indekslərinin aşağı düşməsinə səbəb olacağı istisna edilmir. Uçot dərəcəsinin artması dekabr ayında olduğu kimi, Çin maliyyə bazarına mənfi təsir edə və orada onsuz da həssas olan vəziyyəti daha da çətinləşdirə bilər. Nəticədə yuan 20-30%-dək devalvasiya olunaraq dünya maliyyə bazarında yeni böhrana səbəb ola bilər.

Son xəbərlər

Orphus sistemi