​Ekspertlər: "Sarqsyanın bəyanatı daxili auditoriya üçün nəzərdə tutulub" - RƏY

​Ekspertlər: "Sarqsyanın bəyanatı daxili auditoriya üçün nəzərdə tutulub" - RƏY "Sarqsyan siyasətinin əsasında ölkədə pisləşən sosial-iqtisadi vəziyyətdən erməni ictimaiyyətinin diqqətini yayındırmaq istəyi dayanır"
Analitika
28 Sentyabr , 2015 18:08
​Ekspertlər: Sarqsyanın bəyanatı daxili auditoriya üçün nəzərdə tutulub - RƏY

Bakı. 28 sentyabr. REPORT.AZ/ Ekspertlər hesab edirlər ki, Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Ermənistan prezidenti Serj Sarqsyanın Dağlıq Qarabağın Ermənistanın ayrılmaz hissəsi olduğu barədə verdiyi bəyanatı daxili auditoriya üçün nəzərdə tutulub və ölkədə pisləşən sosial-iqtisadi vəziyyətdən erməni ictimaiyyətinin diqqətini yayındırmaq məqsədi daşıyır.

"Yeni şəraitdə Ermənistan yalnız öz mövqelərini itirməklə məşğul olub. Azərbaycan regional və qlobal oyunda Ermənistanı çıxmaz bir duruma salıb. Hazırda Yerevan manevr etmək imkanlarını itirdiyi və tamamilə durğunluq vəziyyətində olduğundan, əvvəllər işlənilən resurslardan istifadə etməyə çalışır", - "Report"a analitik Tofiq Abbasov bildirib.

Onun sözlərinə görə, Sarqsyan yenidən "köhnə kartlarla" oynamaq qərarına gəlib.

Ekspert qeyd edib ki, Sarqsyanın hər hansı bəyanatından, yaxud çıxışından asılı olmayaraq, Dağlıq Qarabağ mütləq Azərbaycanın tərkibində olacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq: "Başlanğıc nöqtəsi isə Azərbaycanın işğal olunan ərazilərindən erməni silahlı qüvvələrinin çıxarılması qalır".

T.Abbasovun sözlərinə görə, Ermənistan prezidentinin bəyanatları daxili opponentlərinə hesablanır və onun bu kimi populist bəyanatları Azərbaycan tərəfində heç bir təəssürat yaratmır.

Öz növbəsində, politoloq İlqar Vəlizadə Dağlıq Qarabağın Ermənistana məxsus olması haqqında Sarqsyanın bu günlərdə səsləndirdiyi bəyanatları son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Bakı-Moskva və Moskva-Yerevan formatı çərçivəsində əldə olunan hər hansı razılaşmanı heçə endirmək niyyətilə həyata keçirilən dəqiq düşünülmüş təxribat əməlləri olduğunu söyləyib.

Onun sözlərinə görə, Sarqsyanın bu siyasətinin əsasında ölkədə pisləşən sosial-iqtisadi vəziyyətdən erməni ictimaiyyətinin diqqətini yayındırmaq və rekord dərəcədə aşağı olan reytinqini yaxşılaşdırmaq istəyi durur. 

Son xəbərlər

Orphus sistemi