Ekspertlər: ​FES uçot dərəcəsini dekabrdan əvvəl artırmayacaq

Ekspertlər: ​FES uçot dərəcəsini dekabrdan əvvəl artırmayacaq "Report": FES-in faizləri azaltması da mümkündür
Analitika
28 Aprel , 2016 09:44
Ekspertlər: ​FES uçot dərəcəsini dekabrdan əvvəl artırmayacaq

Bakı. 28 aprel. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sisteminin (FES) aprelin 26-27-də keçirilən sonuncu iclası uğursuz nəticələnib və uçot dərəcəsi sabit saxlanılıb. 

"Report" xəbər verir ki, investorlar FES-in uçot dərəcəsini ən yaxşı halda bu ilin dekabrında artıracaq. Bunu federal fondlar üzrə fyuçerslərin qiymətindəki dəyişikliklər də təsdiq edir. FES son iclasında bir sıra önəmli açıqlamalarla çıxış edib. Açıqlamalardan aydın olur ki, FES artıq əvvəlki iclaslarda olduğu kimi qlobal iqtisadi problemlərdən ciddi narahat deyil. İnvestorlar bunu uçot dərəcəsini artırmaq üçün önəmli addım kimi qiymətləndirirlər. Dünən, dollar ilkin olaraq bu açıqlamaya müsbət reaksiya verərək avro ilə müqayisədə 1,1273 həddinə qədər möhkəmlənsə də, sonradan zəifləyərək 1,13 səviyyəsindən baha satılıb. 

"FES faizləri yüksəltməyə yaxın olsa da, yekun qərar bir neçə ay sonra da verilə bilər. FES-in dünənki iclasında iyun ayında faizləri yüksəltmək barədə heç bir fikir açıqlanmayıb. FES-in inflyasiyanın hədəf səviyyəsinə çata bilmədiyi və gözləntilərin hələ də aşağı olduğu, həmçinin ÜDM-in artım tempinin yavaşlaması bunu deməyə əsas verib. Xərclərin azaldığını vurğulayan FES üzvləri gəlirlərin artması və istehlakçıların əhval-ruhiyyəsinin yaxşılaşması ilə bunun artacağından ümidli olduqlarını qeyd ediblər. Açıqlamaları təhlil edən investorlar FES-in iyunda faizləri dəyişməyəcəyi, bunu 2016-cı ilin sonuna doğru həyata keçirəcəyini ehtimal edirlər", - deyə "Report"un analitik qrupu qeyd edib.

Agentliyin analitikləri hesab edirlər ki, ABŞ və qlobal iqtisadiyyatın vəziyyətinə uyğun olaraq uçot dərəcəsinin nəinki artırılması, hətta azaldılması məsələsi tezliklə gündəmə gələ bilər.

Son xəbərlər

Orphus sistemi