​Ekspert: "Qərbin təklif etdiyi yolla kor-koranə şəkildə getmək olmaz" - RƏY

​Ekspert: "Qərbin təklif etdiyi yolla kor-koranə şəkildə getmək olmaz" - RƏY "11 sentyabr 2001-ci ildə yeni dünya mənzərəsi yarandı və hamıya ona uyğunlaşmaq təklif olundu"
Analitika
11 Sentyabr , 2015 16:55
​Ekspert: Qərbin təklif etdiyi yolla kor-koranə şəkildə getmək olmaz - RƏY

Bakı. 11 sentyabr. REPORT.AZ/ 11 sentyabr 2001-ci ildə yeni dünya mənzərəsi yarandı və oyunçulara artıq əvvəlcədən müəyyən olunmuş rolları ifa etmək təklif olundu. Bu barədə "Report"a rusiyalı ekspert, "Avrasiya ideyaları emalatxanası" ("Мастерская евразийских идей") Ekspertlər Şurasının sədri Qriqori Trofimçuk bildirib.

2001-ci il sentyabrın 11-də "əl-Qaidə" terror qruplaşmasının kamikadzeləri Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin (WTC) iki binasına qaçırdıqları sərnişin təyyarələrini yönəldib, terrorçuların daha bir qrupu digər bir təyyarəni Pentaqon binasına çırpıb. Qaçırılan dördüncü təyyarə də Vaşinqtona doğru uçurdu, lakin o, Pensilvaniya ştatının Şenksvill yaşayış məntəqəsi yaxınlığında qəzaya uğrayıb. Həmin hücumlar nəticəsində o zaman üç min nəfər həlak olub.

"Bu terror hücumundan sonra dünya siyasətində baş verən strateji dəyişiklikləri nəzərə alaraq, ilk növbədə və əsas belə bir nəticəyə gəlmək olar ki, Qərbin bu və ya digər təklifinin hansı humanist motivlərə və real səbəblərə söykənməsindən asılı olmayaraq, avtomatik olaraq kor-koranə şəkildə onun təklif etdiyi yolla getmək olmaz.

"11 sentyabr 2001-ci ildə yeni dünya mənzərəsi, hətta demək olar ki, əsrin yeni mənzərəsi yarandı və hamıya ona uyğunlaşaraq artıq əvvəlcədən müəyyən olunmuş rolları ifa etmək təklif olundu", - Q.Trofimçuk qeyd edib.

O bildirib ki, ümumiyyətlə, heç bir "beynəlxalq terrorizm" mövcud deyil. "Sadəcə, müəllifi özləri olmadığı layihə çərçivəsində fəaliyyət göstərərən və koordinasiya olunan silahlı quldur qruplaşmaları var", - ekspert deyib.

Onun sözlərinə görə, "terror aktlarının Amerikanın özü tərəfindən təşkil olunub" olunmaması əhəmiyyətli deyil.

"Vacib olanı odur ki, terror hücumlarından sonra hadisələr necə təqdim olunub və hansı ölkələr tələyə düşüb. Qəddafi, Hüseyn, Ərafat və bir çox başqa rəhbərlərin aqibəti artıq çox şeyi deyir",- analitik fikirlərini yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi