Ekspert: "Erməni soyqırımı" məsələsinin Türkiyə tərəfindən tanınması tələbi ilə keçirilən aksiyalar dünyada türkofobiya ab-havası yaradır" - RƏY

Ekspert: "Erməni soyqırımı" məsələsinin Türkiyə tərəfindən tanınması tələbi ilə keçirilən aksiyalar dünyada türkofobiya ab-havası yaradır" - RƏY "Bu kampaniyalar və yığıncaqlar ermənilər və onların tərəfdaşları arasında türkofobiya ab-havası yaradılması üçün təşkil olunur"
Analitika
17 Aprel , 2015 13:50
Ekspert: Erməni soyqırımı məsələsinin Türkiyə tərəfindən tanınması tələbi ilə keçirilən aksiyalar dünyada türkofobiya ab-havası yaradır - RƏY

Bakı. 17 aprel. REPORT.AZ/ Türkiyə və Ermənistan arasındakı siyasi oyuna sadəlövh vasitəçi qismində cəlb olunub iştirak edən digər ölkələr var. Bu ölkələr üçün başqa millətin nümayəndələrinə qarşı nifrət və ədavət hissləri həyatın mənasına çevrilib. Bu barədə "Report"a Özbəkistan tarixçisi və publisisti Şuhrat Barlas qondarma "erməni soyqırımı" ilə əlaqədar  Ermənistanda keçiriləcək tədbirləri şərh edərkən bildirib. 

"Hamıya məlumdur ki, 25 aprel 2015-ci ildə Osmanlı imperiyasının Çanaqqala döyüşündəki qələbəsinin 100 illiyinin qeyd olunması ərəfəsində bəzi siyasətbazlarda təkəbbürlük və xudbinlik hissi yaranıb və "erməni soyqırımının" 100 illiyinin keçirilməsi ilə bağlı mərasimlərə hazırlıqlar başlayıb. Osmanlı imperiyasının  guya 100 il öncə törətdiyi "erməni soyqırımın" Türkiyə tərəfindən tanınması tələbi ilə keçirilən təhrikçi-fitnəkar aksiyalar xalqlar arasında nifrəti alovlandırır", - Ş.Barlas qeyd edib.

Onun sözlərinə görə, bu kampaniyalar və yığıncaqlar ermənilər və onların dünyanın müxtəlif ölkələrində yaşayan tərəfdaşları arasında türkofobiya ab-havası yaradılması üçün keçirilir.

"Bu yüzillik tarixi olan hadisənin araşdırılması ilə bağlı növbəti siyasi oyuna digər ölkələr cəlb olunur, lakin barışıq üçün çalışan vasitəçi qismində yox, digər millətin nümayəndələrinə qarşı nifrət və ədavəti həyat tərzinə çevirən düşüncəsiz vasitəçi kimi", - o vurğulayıb.

Tarixçi  qeyd edib ki, türk arxivlərindəki materiallar erməni millətçilərinin guya ermənilərin deportasiyası zamanı kütləvi şəkildə öldürüldüklərinə və guya bunun Osmanlı imperiyasının ermənilərin məhv edilməsi üzrə məqsədyönlü siyasətinin nəticəsində baş verdiyinə dair iddialarını təsdiqləməyib. 

"Türkiyənin 1915-ci ildə günahsız insanların ölüm faktını inkar etmədiyinin rəsmi şəkildə tanınması vaxtı çatıb. Bununla əlaqədar, Türkiyə təxribat məqsədilə törədilən hadisələrin əsl səbəbkarını müəyyən etməyə çağırır. Axı, bu hadisələr zamanı zərərçəkən yalnız ermənilər deyil. Təbii ki, hər iki tərəfdən əsl qatillərə və cinayətkarlara bəraət qazandırmaq olmaz", - Ş.Barlas deyib. 

Onun sözlərinə görə, erməni tərəfini saxta sənəd təqdim etməklə, qurban kimi qələmə vermək cəhdləri ədalətsiz, səhv və təxribat xarakterli hərəkətlərdir. 

Son xəbərlər

Orphus sistemi