Ekspert: "Azərbaycanın nüvə sammitində iştirakı aktual regional məsələlərin müzakirəsinə şərait yaradacaq" - RƏY

Ekspert: "Azərbaycanın nüvə sammitində iştirakı aktual regional məsələlərin müzakirəsinə şərait yaradacaq" - RƏY "Azərbaycanın regiondakı rolu və əhəmiyyəti ona ən nüfuzlu beynəlxalq meydanlarda öz mövqeyini inkişaf etdirmək imkanı verir"
Analitika
30 Mart , 2016 15:27
Ekspert: Azərbaycanın nüvə sammitində iştirakı aktual regional məsələlərin müzakirəsinə şərait yaradacaq - RƏY

Bakı. 30 mart. REPORT.AZ/ "Azərbaycanın regiondakı rolu və əhəmiyyəti ona ən nüfuzlu beynəlxalq meydanlarda öz mövqeyini inkişaf etdirmək imkanı verir".

Bunu "Report"a açıqlamasında azərbaycanlı politoloq İlqar Vəlizadə Azərbaycan Prezidenti İlham Əliyevə 31 mart - 1 aprel tarixlərində Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakla bağlı göndərilmiş dəvəti şərh edərkən deyib.

"Azərbaycanın Nüvə Təhlükəsizliyi Sammitində iştirakı rəsmi Bakıya beynəlxalq gündəlikdə dayanan ən aktual məsələlərin müzakirəsində fəal iştirak etməyə imkan verir", - deyə İ.Vəlizadə bildirib.

Onun sözlərinə görə, nüvə təhlükəsizliyi mövzusunun müzakirəsi zamanı regiondakı təhlükəsizlik məsələlərinə toxunmamaq mümkün deyil.

"Azərbaycan təcavüzkar separatizm və ekstremizmin yaratdığı risklərin və təhlükənin neytrallaşdırılması yolu ilə regionun inkişafı üçün şərait yaradılması ideyasını müdafiə edir", - deyə ekspert qeyd edib. 

Politoloq vurğulayıb ki, Prezident İham Əliyevin sammitə dəvəti bir daha bu mövqeyi namayiş etdirməyə, eyni zamanda, regionda irimiqyaslı münaqişə təhlükəsinin artmasına səbəb olan məqamları qabartmağa imkan varəcək.

Politoloq səbəb kimi Ermənistanın təcavüzkar siyasətini göstərib. O bildirib ki, Ermənistan vaxtaşırı seysmik zonada yerləşən, hətta sülh dövründə belə region üçün ciddi təhlükə mənbəyi olan Metsamor AES-in yerləşdiyi ərazilərdə hərbi əməliyyatlar keçirməklə bütün regionu şantaj edir.

"Azərbaycan və Türkiyə dəfələrlə bu obyektin təhlükəsizliyinin təmin edilməsiylə bağlı problemləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Lakin təəssüf ki, bu günə qədər bu müraciətlərə lazımi diqqət yetirən olmayıb", - deyə İ.Vəlizadə vurğulayıb.

O bu məsələnin də qarşıdan gələn sammitdə diskussiyalar çərçivəsində müzakirə oluna biləcəyini ehtimal edib.

"Bir şey aydındır ki, Azərbaycanın regiondakı rolu və əhəmiyyəti ona ən nüfuzlu beynəlxalq meydanlarda öz mövqeyini nümayiş etdirməyə imkan verir və bu mövqenin diqqətdən kənar qalmayacağı heç bir şübhə doğurmur", - deyə ekspert fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi