Prezidentin mesajları: islahatlar qaçılmazdır - ŞƏRH

Prezidentin mesajları: islahatlar qaçılmazdır - ŞƏRH Rayonlarda rentabelli yeni müəssisələr yaranacaq
Analitika
26 Yanvar , 2016 20:02
Prezidentin mesajları: islahatlar qaçılmazdır - ŞƏRH

Bakı. 26 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında bölgələrə investisiya axını problemlərinə xüsusi toxunub. Dövlət başçısı hər bir rayonda sənaye zonasının yaradılması zəruriliyindən danışıb və bu sahədə də prosesin zəif getdiyini vurğulayıb. Əvvəllər bölgələrə Azərbaycan dövlətinin və sahibkarların investisiya yatırdığını bildirən Prezident bundan sonra yerli icra hakimiyyətlərinin fəal olmasının vacibliyini vurğulayıb. Yəni, bölgələrdə yerli icra hakimiyyətləri yeni iş yerlərinin açılmasında təşəbbüskar olmalıdır.

"Report" analitik qrupu hesab edir ki, bunun xarici təcrübədə müsbət effekt verdiyi hallar çoxdur. Yerli icra hakimiyyətləri əsasən kənd təsərrüfatının inkişaf etdirilməsində və kənd təsərrüfatı məhsullarının yerlərdə emal olunaraq müxtəlif yeni məhsulların istehsal edilməsini həyata keçirə bilərlər. Yaranan müəssisələrin maliyyələşməsi daxili, yəni öz maliyyələri hesabına baş verəcəyindən onların rentabelliyi qorunub saxlanılacaq. Beləcə müəssisələrin idarə edilməsində insanlar fəal iştirak edərək öz fikirlərini irəli sürə biləcək və diskussiya ilə doğru qərar alınaraq müəssisənin inkişafı təmin olunacaq.

Dövlət başçısı bugünkü çıxışında həmçinin vəzifəli şəxslərin yerli məhsullardan istifadəsinə də önəm verib: "Naxçıvanda avtomobil zavodu var. Dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”. Bu da öz növbəsində Azərbaycanda istehsal olunan məhsulların prioritet hesab olunmasının vacibliyini vurğulayır. 

Prezidentin çıxşından da göründüyü kimi, Azərbaycanda ciddi islahatların aparılacağı qaçılmazdır. Bunun uğurla həyata keçirilməsi üçün məmurların öz xidməti vəzifələrini məsiliyyətlə yerinə yetirməsi isə əsas məsələlərdəndir. Heç şübhəsiz, bu prosesin gerçəkləşməsinə ictimaiyyətin də hazırlığı vacib sayılır.

Ölkə başçısının məruzəsində islahatların aparılacağı sahələr də aşkar göstərlib. Odur ki, yaxın zamanlarda Azərbyacanda yeni keyfiyyət dəyişikliklərinin baş verəcəyi istisna edilmir.

Son xəbərlər

Orphus sistemi