Beynəlxalq bazarlara çıxış: "Bank VTB (Azerbaijan)"dan sahibkarlara təkliflər

Beynəlxalq bazarlara çıxış: "Bank VTB (Azerbaijan)"dan sahibkarlara təkliflər Bank səhmdarlarının dəstəyi ilə bazarın yeni tələblərinə çevik reaksiya verərək biznes strategiyasını vaxtında dəyişə bilib
Analitika
28 Oktyabr , 2016 17:24
Beynəlxalq bazarlara çıxış: Bank VTB (Azerbaijan)dan sahibkarlara təkliflər

Bakı. 28 oktyabr. REPORT.AZ/ Dünya bazarında neftin qiymətinin 2014-cü ilin ortalarından başlayaraq kəskin azalması və bunun nəticəsində yaranmış yeni iqtisadi şərait əksər neft ölkələri kimi, Azərbaycanda da post-neft dövrünün başlamasına səbəb olub. Bu isə ölkənin bank sektorunun yeni çağırışlara uyğunlaşmasını zəruri edib. Məlum olub ki, indiyə qədər böyük neft gəlirləri, "qara qızıl"ın yaratdığı imkanlar hesabına işlə təmin olunan, yüksək əmək haqqı alan, aktiv şəkildə istehlak kreditləri götürənlər daha bankların uğurlu biznes fəaliyyətinin əsasını təşkil edə bilmir. Pərakəndə bankçılıq istər-istəməz öz yerini biznes bankçılığına verməli, maliyyə qurumları təcili şəkildə fəaliyyət istiqamətlərini dəyişməlidir.

Başqa sözlə, banklar kredit portfelinin əhəmiyyətli hissəsini sahibkarlara, o cümlədən qeyri-neft məhsullarının ixracı ilə məşğul olan və ölkəyə valyuta gətirməyi bacaran iş adamlarına yönəltməlidir. Bu məqamda yalnız bir neçə bank ilk növbədə səhmdarlarının dəstəyi ilə bazarın yeni tələblərinə çevik reaksiya verərək biznes strategiyasını vaxtında dəyişə bildi ki, bu gün həmin bankların korporativ müştərilərə yönələn fəaliyyətini müşahidə etmək olar.

Səhmdarları sırasında Rusiya dövlətinin də olduğu VTB Qrupuna aid "Bank VTB (Azerbaijan)" ASC bazarın tələblərinə uyğun fəaliyyət istiqamətini dəyişdiyini bəyan edən ilk banklardandır. Bankın açıqladığı son maliyyə göstəriciləri onun daha çox biznesə yönəldiyini göstərir. Bank rəhbərliyi isə ilk növbədə Rusiya ilə biznes quran sahibkarlar üçün əsas bank-agent olmaq niyyətini bildirir ki, bu da Rusiya əsilli maliyyə qurumu üçün məqsədəuyğun seçimdir.

Sirr deyil ki, Azərbaycanın qeyri-neft sektorunun ərsəyə gətirdiyi məhsulların ixracı baxımından qonşu Rusiya bazarı böyük potensiala malikdir. İlk növbədə, kənd təsərrüfatı mallarının satışı üçün şimal qonşumuz əlverişli bazar rolunu oynayır. Daha bir vacib amil çoxsaylı həmvətənlərimizin Rusiyada bizneslə məşğul olması, onların hər iki ölkə ilə əlaqələridir. Bu baxımdan, Rusiya ilə biznes əlaqələrinə malik sahibkarlar üçün hər iki ölkədə geniş imkanları olan "Bank VTB (Azerbaijan)"ın tərəfdaş bank kimi seçilməsinin üstünlükləri danılmazdır.

Bank son illər istehlak kreditləşməsinə fokuslanmış fəaliyyəti nəticəsində riteyl bank təsəvvürü yaratsa da, əslində, yarandığı gündən onun fəaliyyəti daha çox Azərbaycandakı Rusiya və əksinə, Rusiyadakı azərbaycanlı sahibkarlar üçün biznes-partnyor olmağa yönəlib. İki ölkə arasında biznes quran iş birliklərinə xidmət göstərmək üçün yaradılan bank bir müddət yürütdüyü aktiv fərdi kreditləşmə siyasətinə baxmayaraq, korporativ istiqamətə daim ciddi önəm verib. Bunu kredit təşkilatının maliyyə göstəriciləri də sübut edir. Məsələn, bu il sentyabrın 1-nə bankın kredit portfeli illik müqayisədə 9% artımla 377,3 mln. manat təşkil edib ki, bunun da 60%-dən çoxu məhz biznes kreditlərinin payına düşüb. Yerli bankların əksəriyyətindən fərqli olaraq, "Bank VTB (Azerbaijan)" ev təsərrüfatları ilə müqayisədə kiçik və orta sahibkarlığı, qeyri-neft sektorunu, iqtisadiyyatın real sektorunu maliyyələşdirməkdə daha çox maraqlıdır.

Azərbaycanlı iş adamları üçün beynəlxalq şəbəkəyə malik VTB Qrupunun strukturu olan "Bank VTB (Azerbaijan)"la işbirliyi qurmaq həm də beynəlxalq bazarlara çıxış imkanları baxımdan maraqlıdır. Bu gün VTB Qrupunun Şimali Amerika, Avropa, Asiya və hətta Afrikada biznes mərkəzləri kimi tanınan Nyu-York, Dublin, London, Frankfurt, Paris, Nikosiya, Belqrad, Dubay, Sinqapur, Şanxay, Honkonq, Nyu-Dehli və digər şəhərlərdə ofisləri fəaliyyət göstərir. Qrupun Qazaxıstan, Gürcüstan, Belarus və Ukraynanın bir çox şəhərlərində filial və şöbələrinin fəaliyyət göstərməsi isə azərbaycanlıların istər biznes, istərsə qeyri-biznes baxımdan daim əlaqədə olduğu şəhərlərlə bank əməliyyatlarını daha asan və daha sərfəli şərtlərlə həyata keçirməyə şərait yaradır. Bu cür geniş xidmət şəbəkəsi Avropa və Asiya ölkələri ilə biznes əlaqələrinə malik olan, mütəmadi olaraq mal dövriyyəsi həyata keçirən sahibkarlar üçün olduqca əhəmiyyətlidir və onların "əlinin hər yerə çatmasını" təmin edir. Sadalanan üstünlüklərdən istifadə edən "Bank VTB (Azerbaijan)" bu gün xarici bazarlara çıxmaq istəyən ölkə biznesi üçün ilk ağıla gələn tərəfdaş bankdır.

Bank, bu günə kimi Qrupun beynəlxalq təcrübəsindən və maliyyə alətlərindən istifadə edərək Rusiyada və VTB Qrupunun fəaliyyət göstərdiyi digər ölkələrdə azərbaycanlı sahibkarlar üçün beynəlxalq hesablaşma sisteminin yaradılması istiqamətində iş aparıb. "Bank VTB (Azerbaijan)" Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığın müxtəlif sahələrinə aid olan yerli şirkətlərin və dövlət strukturlarının bank xidmətlərinə cəlb edilməsini, Azərbaycan iqtisadiyyatına, xüsusilə neftdənkənar sektora xarici investisiyaların yatırılmasını, eləcə də VTB Qrupunun ayaq açdığı ölkələrdən olan şirkətlərin iştirakı ilə birgə müəssisələrin yaradılmasını dəstəkləyir.

Yerli məhsulların Rusiya bazarına çıxarılması ilə bağlı böyük potensialın olduğunu nəzərə alaraq, bank yaxın gələcəkdə sahibkarlara faktorinq xidmətini təklif etmək niyyətindədir. Bunun üçün Qrupun bu sahədə böyük təcrübəsi olan "VTB Faktoring" şirkətinin xidmətindən istifadə olunacaq. Nəticədə, "Bank VTB (Azerbaijan)"ın təklif edəcəyi faktorinq xidməti azərbaycanlı biznesmenlər üçün məhsullarını Rusiyanın iri ticarət obyektlərinə satmaq üçün əlverişli fürsət ola bilər.

Son xəbərlər

Orphus sistemi