“Rabitəbank” ABŞ-dəki "Bank of New York Mellon"la işbirliyini müzakirə edib

“Rabitəbank” ABŞ-dəki "Bank of New York Mellon"la işbirliyini müzakirə edib “Rabitəbank” ASC-nin rəhbərliyi ABŞ-də mühim maliyyə institutlarından biri olan "Bank of New York Mellon" ilə yeni texnologiyaların tətbiqi sahəsində işbirliyini müzakirə etmək məqsədilə Nyu-York şəhərində əhəmiyyətli bir görüşdə iştirak edib.
Maliyyə
29 Aprel , 2024 17:59
“Rabitəbank” ABŞ-dəki Bank of New York Mellonla işbirliyini müzakirə edib

“Rabitəbank” ASC-nin rəhbərliyi ABŞ-də mühim maliyyə institutlarından biri olan "Bank of New York Mellon" ilə yeni texnologiyaların tətbiqi sahəsində işbirliyini müzakirə etmək məqsədilə Nyu-York şəhərində əhəmiyyətli bir görüşdə iştirak edib.

Aprelin 23 -də baş tutmuş görüşdə “Rabitəbank”ın Müşahidə Şurasının sədri Zakir Nuriyev ABŞ-da sürətlə inkişaf edən maliyyə texnologiyaları ilə bağlı ən son yenilikləri öyrənmək və Rabitəbankın təcrübəsini artırmaq üçün əməkdaşlıq imkanlarını müzakirə edib.

"Rabitəbank" 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Son xəbərlər

Orphus sistemi