Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun fəaliyyət istiqamətləri açıqlanıb

Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun fəaliyyət istiqamətləri açıqlanıb Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun 4 fəaliyyət istiqaməti olacaq.
İnfrastruktur
29 Aprel , 2024 17:37
Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun fəaliyyət istiqamətləri açıqlanıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun 4 fəaliyyət istiqaməti olacaq.

"Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi qurumun nizamnaməsində öz əksini tapıb.

Sənədə əsasən, həmin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- Agentlik tərəfindən tabeliyində olan qurumların təsdiq edilmiş smetaları və digər dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, habelə hüquqi və fiziki şəxslərin sifarişləri əsasında su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı, tullantı sularının emalı və axıdılması sistemlərinin və bunlarla əlaqəli olan digər obyektlərin layihələndirilməsini həyata keçirmək;

- qanunvericilikdə nəzərdə tutulmuş qaydada mühəndisaxtarış işlərini həyata keçirmək;

- müvafiq sahənin inkişafını təmin etmək;

- bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

Son xəbərlər

Orphus sistemi