Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanılıblar

Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanılıblar Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanılıblar.
Hadisə
29 Aprel , 2024 08:05
Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanılıblar

Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanılıblar.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata görə, Yardımlı rayon sakini olan iki nəfər yaşadıqları kəndin ərazisindəki örüş sahəsindən iki baş inəyin oğurlanması barədə polisə məlumat verib.

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən X.Baloğlanlı və tanışı Ş.Əliyev müəyyən edilərək saxlanılıblar.

Araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi