Xudatda 47 yaşlı kişi quyuya düşərək boğulub

Xudatda 47 yaşlı kişi quyuya düşərək boğulub Xudat şəhərində bədbəxt hadisə baş verib.
Hadisə
10 Dekabr , 2023 22:12
Xudatda 47 yaşlı kişi quyuya düşərək boğulub

Xudat şəhərində bədbəxt hadisə baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə “Malikanə” adlanan yaşayış massivində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1976-cı il təvəllüdlü Ağalarov İlqar Balaşah oğlu spirtli içkinin təsiri altında kanalizasiya üçün qazılmış quyuya düşərək boğulub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi