Salyanda mikroavtobus aşıb, 8 nəfər xəsarət alıb - ADLAR - YENİLƏNİB

Salyanda mikroavtobus aşıb, 8 nəfər xəsarət alıb - ADLAR - YENİLƏNİB Salyan rayonunun Qırxçıraq kəndi ərazisində mikroavtobusun aşması nəticəsində 8 nəfər xəsarət alıb.
Hadisə
20 Fevral , 2024 18:10
Salyanda mikroavtobus aşıb, 8 nəfər xəsarət alıb - ADLAR - YENİLƏNİB

Bu gün saat 12:30 radələrində Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun Salyan rayonunun Qırxçıraq kəndi ərazisindən keçən 45-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Neftçala rayon sakini Abdulla Əsgərovun Salyan-Şirvan marşrut xətti üzrə idarə etdiyi “Mercedes” markalı, 99-SK-685 dövlət qeydiyyat nişanlı mikroavtobus yoldan çıxaraq aşıb. Qəza nəticəsində 2 nəfər xəsarət alıb, 6 nəfər sərnişinə isə ilkin tibbi yardım göstərilib.

Hadisə yerinə DYP və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

15:08

Salyan rayonunun Qırxçıraq kəndi ərazisində mikroavtobusun aşması nəticəsində 8 nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, bunlar Salyan sakini, 1964-cü il təvəllüdlü Əsgərov İlqar Dursun oğlu, 2006-cı il təvəllüdlü Əsədova Aysun Elmir qızı, 1960-cı il təvəllüdlü Əzizov Telman Sabir oğlu, 1950-ci il təvəllüdlü Rəhimova Qönçə Habil qızı, 1951-ci il təvəllüdlü Mehdiyeva Südabə Allahverən qızı, 1969-cu il təvəllüdlü Qarayeva Nigar Məzahim qızı, 1957-ci il təvəllüdlü Əliyeva Qətibə Seyfulla qızı və Neftçala rayon sakini, 1990-cı il təvəllüdlü Əsgərova Aysel Valeh qızıdır.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi