Oğuzda Şaxta baba ölüb

Oğuzda Şaxta baba ölüb Oğuzda Yeni il şənliyində Şaxta baba qismində çıxış edən 74 yaşlı kişi ölüb.
Hadisə
31 Dekabr , 2023 23:14
Oğuzda Şaxta baba ölüb

Oğuzda Yeni il şənliyində Şaxta baba qismində çıxış edən 74 yaşlı kişi ölüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayon ərazisində keçirilən yeni il şənliklərindən birində baş verib.

Belə ki, Şaxta baba qismində çıxış edən Sincan kənd sakini, 1949-cu il təvəllüdlü Şahin Məhəmməd oğlu İsmayılovun halı pisləşib. O, Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 74 yaşlı Ş.İsmayılov əvvəllər mədəniyyət sahəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi