Türkiyə Futbol Federasiyası çempionat oyunu ilə bağlı araşdırmaya başlayıb

Türkiyə Futbol Federasiyası çempionat oyunu ilə bağlı araşdırmaya başlayıb Türkiyə Futbol Federasiyası TFF 2-ci Liqada keçirilmiş "Ankaraspor" - "Nazilli Belediyespor" matçı ilə bağlı araşdırmaya başlayıb.
Futbol
29 Aprel , 2024 17:25
Türkiyə Futbol Federasiyası çempionat oyunu ilə bağlı araşdırmaya başlayıb

Türkiyə Futbol Federasiyası TFF 2-ci Liqada keçirilən "Ankaraspor" - "Nazilli Bələdiyəspor" matçı ilə bağlı araşdırmaya başlayıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, qarşılaşmanın danışılmış oyun olmaq ehtimalı olduğu üçün bu addım atılıb.

Sözügedən görüşdə qapılara zərbə vurulmayıb. Görüş qolsuz başa çatıb. "Ankaraspor" 1-ci Liqada iştirak üçün pley-offa vəsiqə qazanıb, qonaqlar isə çempionatda yerini təmin edib. Bu nəticədən sonra "Zonquldak Kömürspor" aşağı liqaya düşüb.

Son xəbərlər

Orphus sistemi