İraq BMT-dən yardım mandatını birdəfəlik dayandırmağı xahiş edib

İraq BMT-dən yardım mandatını birdəfəlik dayandırmağı xahiş edib İraq höküməti BMT Baş katibindən 2025-ci ilin sonuna kimi ölkəyə yardım mandatını birdəfəlik dayandırmağı xahiş edib.
Digər ölkələr
13 May , 2024 22:47
İraq BMT-dən yardım mandatını birdəfəlik dayandırmağı xahiş edib

İraq höküməti BMT Baş katibindən 2025-ci ilin sonuna kimi ölkəyə yardım mandatını birdəfəlik dayandırmağı xahiş edib.

"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, mayın 9-da İraqın Baş naziri bununla bağlı Baş katib Antoniu Quterreşə məktub ünvanlayıb:

"Biz İraqda 2003-cü ildən işləyirik. Mandat məsələsi ilə bağlı məktub aldıq və həmin məktubu BMT Təhlükəsizlik Şurasının prezidentinə göndərmişik. Çünki mandatı TŞ müəyyən edir".

Son xəbərlər

Orphus sistemi