Türkiyə nümayəndə heyəti Umbakı Penitensiar Kompleksinə baxış keçirib

Türkiyə nümayəndə heyəti Umbakı Penitensiar Kompleksinə baxış keçirib Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu (TİHEK) və Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, insan hüquq və azadlıqların
Daxili siyasət
29 Aprel , 2024 17:57
Türkiyə nümayəndə heyəti Umbakı Penitensiar Kompleksinə baxış keçirib

Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri Muharrem Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib, Umbakı Penitensiar Kompleksinə baxış keçirib.

"Report" xəbər verir ki, Ombudsman Səbinə Əliyevanın dəvəti ilə baş tutan səfər müddətində qonaqlar yeni istifadəyə verilən müəssisənin bütün korpuslarına baxış keçirib, burada yaradılan ümumi şəraitlə, saxlanılan şəxslərin, o cümlədən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin hüquqlarının müdafiəsi vəziyyəti ilə yaxından tanış olub.

Qeyd edək ki, yaxın günlərdə Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyətinin şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər müəssisələrə səfərləri, habelə bəzi rəsmilərlə görüşləri nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi