Beynəlxalq ekspert: Azərbaycanda uşağa qayğı siyasətində 1,6 illik boşluq var

Beynəlxalq ekspert: Azərbaycanda uşağa qayğı siyasətində 1,6 illik boşluq var Azərbaycanda uşağa qayğı siyasətində 1,6 illik boşluq var.
Sosial müdafiə
7 May , 2024 15:42
Beynəlxalq ekspert: Azərbaycanda uşağa qayğı siyasətində 1,6 illik boşluq var

Azərbaycanda uşağa qayğı siyasətində 1,6 illik boşluq var.

“Report” xəbər verir ki, bunu Gender bərabərliyi və ayrı-seçkiliklə mübarizə üzrə mütəxəssis Özge Berber-Agtaş 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu çərçivəsində Beynəlxalq Əmək Təşkilatının (BƏT) "Azərbaycanda qayğı işi: gender bərabərliyinin daha güclü olduğu iş dünyası naminə qayğı məzuniyyəti və xidmətinə sərmayə" mövzusunda qiymətləndirməsinin əsas nəticələri ilə bağlı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda 0-2 yaşlı uşaqlar üçün qanunla nəzərdə tutulan uşağa qayğı sistemi mövcud olmasa da, o, Avropa və Mərkəzi Asiyada universal və pulsuz milli məktəbəqədər təhsil sistemi olan 48 ölkədən biridir:

“Azərbaycanda vergilərin hesabına maliyyələşdirilən universal və pulsuz uzunmüddətli qayğı xidməti sistemi mövcuddur. BƏT-in qiymətləndirmələrinə əsasən, Azərbaycanda universal uşağa qayğı sisteminə və uzunmüddətli qayğı xidmətlərinə investisiya 2030-cu ilədək 360 minə yaxın iş yeri yarada bilər.

Bunlara uşağa qayğı sahəsində 127 min 600 birbaşa iş, uzunmüddətli qayğı sayəsində 232 min 300 birbaşa iş, qeyri-qayğı sektorlarında 32 min dolayı iş yeri aiddir”.

Ö.B.Agtaş bildirib ki, təqribi qiymətləndirməyə görə, uşağa qayğı siyasətlərindəki boşluğun aradan qaldırılmasına yönəldilən hər dollar 2030-cu ildə ümumi daxili məhsulun orta hesabla 4,19 ABŞ dolları artması ilə nəticələnə bilər.

Son xəbərlər

Orphus sistemi