Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır Ankara HƏMAS hərəkatının Qəzza zolağında Misir və Qətərin təklif etdiyi atəşkəs sazişi layihəsinə razılığını alqışlayır.
Region
6 May , 2024 21:42
Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

“Biz HƏMAS-ın vasitəçilərin Qəzzada atəşkəs təklifini qəbul etmək qərarını alqışlayırıq və İsraildən də oxşar addımlar gözləyirik”, - Ərdoğan vurğulayıb.

Qeyd edək ki, HƏMAS hərəkatı Qəzza zolağında Misir və Qətərin təklif etdiyi atəşkəs sazişi layihəsinə razılıq verib.

Son xəbərlər

Orphus sistemi