MN: “EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşüb

MN: “EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşüb Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə keçirilən “EFES - 2024” çoxmillətli təlimi davam edir.
Hərbi
7 May , 2024 16:08
MN: “EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşüb

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə keçirilən “EFES - 2024” çoxmillətli təlimi davam edir.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun çoxmillətli təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən şəxsi heyəti Türkiyəyə yola salınıb.

“EFES - 2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi