Göygöldə itkin düşən 17 yaşlı oğlanın meyiti tapılıb

Göygöldə itkin düşən 17 yaşlı oğlanın meyiti tapılıb Göygöl rayonunda itkin düşən şəxsin meyiti tapılıb.
Hadisə
26 İyun , 2023 14:56
Göygöldə itkin düşən 17 yaşlı oğlanın meyiti tapılıb

Göygöl rayonunda itkin düşən şəxsin meyiti tapılıb.

“Report”un Qərb bürosunun məlumatına görə, Göygöl rayon sakini, 2005-ci il təvəllüdlü Zaur İsmayılov iyunun 22-də itkin düşüb.

Yaxınları onun dağlıq ərazidə mal-qara otaran zaman itkin düşdüyünü bildirib və Göygöl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər.

Şəxsin tapılması üçün Polis Şöbəsinin əməkdaşları onun itkin düşdüyü əraziyə cəlb olunub və axtarışlara başlanılıb.

Gəncin mal qara otardığı ərazinin yaxınlığında təbii və lilli gölməçələr olduğundan onun ora düşərək batdığı ehtimalı nəzərə alınaraq əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Şəmkir” dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri də axtarışlara cəlb olunub. Aarılan axtarışlardan sonra onun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Son xəbərlər

Orphus sistemi